SON DƏQİQƏ: Nazim Süleymanov Rusiyada komandasını dəyişdi

3 Fevral 2023 21:00 Hadisə 1 786
SON DƏQİQƏ: Nazim Süleymanov Rusiyada komandasını dəyişdi

Sentyabrdan bu yana Rusiya Premyer Liqa təmsilçisi “Ximki” klubunun U-19 komandasını çalışdıran Nazim Süleymanov bundan sonra əvəzedici komandanın “sükanı” arxasında dayanacaq.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi yollarını ayırdığı Dmitri Vyazmikini həmyerlimizlə əvəzləyib. Rusiyanın ikinci liqasında mübarizə aparan komanda Süleymanova həvalə olunub.

Nazim bəyin U-19-u çalışdıran gündən bu yana əsas komandaya 5 gənc futbolçu göndərməsi rəhbərliyin ürəyincə olub. Belədə ona nisbətən təcrübəli komandanı çalışdırmağı təklif ediblər.

Əvvəlki komandada Nazim Süleymanovun köməkçisi olmuş Emin Ağayev “Ximki-2”də də baş məşqçinin “sağ əli” olacaq. Baxmayaraq ki, rəhbərlik U-19-u Ağayevə təklif edib.

Nazim Süleymanov əvvəllər “Xəzər Lənkəran”, “Neftçi”, “Olimpik Şüvəlan”, “Sumqayıt” kimi komandaların baş məşqçisi olub.

Azərbaycan millisinin keçmiş futbolçusu daha çox Rusiyanın “Alaniya” klubundakı çıxışı ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti