"Mən məşhur olmaq, tanınmaq xatirinə nəsə etmirəm” - MESSİ

4 Fevral 2023 00:20 Hadisə 470
"Mən məşhur olmaq, tanınmaq xatirinə nəsə etmirəm” - MESSİ

PSJ-nin futbolçusu Lionel Messi populyar bir insan kimi necə yaşamasından danışıb.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu "Ole"yə açıqlamasında özünü dünyanın bir nömrəli personajı hesab etmədiyini və hər zaman sadə olmağa çalışdığını bildirib:

"Adi insan kimi yaşayın. Ailənizdə, övladlarınızda xırda şeylərdən həzz almağı bacarın. Məşhur olmaq, tanınmaq xatirinə nəsə etmirəm.

Mən həmişə özüm olmağa və normal yaşamağa çalışmışam. Düşünürəm ki, mən və ailəm normal davranış göstəririk.

Bəli, məni tanıyırlar, avtoqraf, foto istəyə bilərlər, amma həmişə sadə və adi bir insan kimi yaşamağa çalışıram”.

Digər Xəbərlər
Xəbər Lenti