Ermənistandan Xankəndinə təzə... XAM XƏYAL

3 Fevral 2023 19:30 Hadisə 543
Ermənistandan Xankəndinə təzə... XAM XƏYAL

Ekofəallarımızın Laçın yolundakı etiraz aksiyası davam edir.

Ermənilər bizim bu qanuni və haqlı tədbiri dünyanın gözündən salmaq üçün 48 gündür dəridən-qabıqdan çıxsalar da, istəklərinə çata bilməyiblər.

Artıq özləri də etiraf edir ki, yol daha 12 dekabr 2022-ci il tarixinədək olan rejimdə fəaliyyət göstərməyəcək. Yəni separatçı-kriminal elementlər həmin yolla nə istəyir daşıya bilməyəcəklər.

Qoy 10 noyabr üçtərəfli bəyanatını da gözə soxmasınlar. Öncə kapitulyant tərəf kimi getsinlər həmin sənədin 4-cü (qanunsuz silahlı dəstələrin Qarabağdan çıxarılması) və 9-cu bəndlərinin (Zəngəzur dəhlizi) tələblərini yerinə yetirsinlər, sonra danışarıq. Çünki məğlub ölkə şərt diktə edə bilməz.

Di gəl, xaricdəki havadarlarının boş vədlərindən ruhlanan ermənilərin həyasızlığı səngimir. Eyni zamanda olduqca təhlükəli planlar üzərində baş sındırmaqdadırlar. Məsələn, məlumatlar yayılıb ki, Ermənistanda Laçın yolundan keçmədən Qarabağdakı separatçı rejimə yüklərin hansı yolla göndərilməsi müzakirə olunur və təklif olunan yollardan biri dronlardan istifadə haqdadır.

Erməni jurnalist-ekspert Qaqik Vardanyan bununla bağlı bildirib ki, sürətli həll yollarından biri məhz yüklərin dronlarla çatdırılmasıdır. “Bunun üçün biznesmenlərimiz dronların alınmasını həyata keçirə bilər. Azərbaycan buna maneələr yaradacaq, lakin biz dayanmamalıyıq. Dronlar vasitəsilə hava məkanından istifadə etmək mümkündür”, - Vardanyan sərsəmləyib.

Digər Xəbərlər
Xəbər Lenti