Ronaldo restorana gəldi, maraqlı hadisə ilə üzləşdi, rəqs etdi, gedəndə isə... VİDEO

31 Yanvar 2023 02:00 Hadisə 553
Ronaldo restorana gəldi, maraqlı hadisə ilə üzləşdi, rəqs etdi, gedəndə isə... VİDEO

"Mad Gee" təxəllüsü ilə tanınan amerikalı dicey Kriştiano Ronaldo ilə restoranda necə tanış olduğundan danışıb.

Sportinfo.az xəbər verir ki, hadisə “Əl-Nəsr”in forvardının iki mühafizəçi və menecmentinin müşayiəti ilə gəldiyi Ər-Riyaddakı elit yapon restoranı “Miyazu”da baş verib.

Dicey hadisəni belə təsvir edib: "Mən sözün əsl mənasında şokda idim. Ronaldo orada iki saata yaxın qaldı.

Musiqini çox xoşladı.
Kriştiano oturduğu yerdə rəqs edir, əllərini qaldırıb salfetini yelləyirdi. Bizə bir neçə dəfə gülümsədi və bu, buzları qırdı.

Gedəndə DJ kabinəsində bizə baxdı, sonra gülümsədi, qayıdıb bizimlə əl sıxdı.

Mən çox sevindim və onun necə şirin və təvazökar olduğuna təəccübləndim. O dedi: "Musiqi heyrətamizdir. Mən mütləq qayıdacağam".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı