Qarabağdan Ermənistana 6 xəstə aparılıb

30 Yanvar 2023 12:10 Hadisə 272
Qarabağdan Ermənistana 6 xəstə aparılıb

Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə Qarabağda olan 6 xəstə Ermənistanın müxtəlif tibb müəssisələrinə çatdırılıb.

Bu barədə qondarma rejimin oyuncaq “səhiyyə nazirliyi” məlumat yayıb.

İddia olunub ki, “Azərbaycan 40 gündən artıqdır Qarabağı Ermənistan və dünya ilə birləşdirən Laçın dəhlizinin qarşısını kəsir və bu, ciddi problemlərə, ərzaq və zəruri malların, o cümlədən dərmanların çatışmazlığına səbəb olur”.

Ardınca da etiraf olunur ki, indiyədək Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə Qarabağdan Ermənistana ümumilikdə 55 xəstə çatdırılıb. Yəni öz-özünü təkzib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı