"Türk”, “ermənilərin qatili”, “satqın” şüarları ilə “qarşılandı - Paşinyan

29 Yanvar 2023 12:50 Hadisə 419
"Türk”, “ermənilərin qatili”, “satqın” şüarları ilə “qarşılandı - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan hakim fraksiya nazirləri və müavinlərinin müşayiəti ilə Yerablur hərbi panteonuna baş çəkib.

Ölən hərbçilərin valideynləri Nikol Paşinyanı “türk”, “ermənilərin qatili”, “satqın” adlandıraraq “alqışlayıblar”. Onlar həmçinin müxtəlif təhqiramiz sözlər səsləndiriblər.

Ermənistan mediasının Yerablurdan olan müxbirinin verdiyi məlumata görə, 44 günlük müharibədən sonra Nikol Paşinyanın iştirakı ilə Yerablurda keçirilən bütün tədbirlər kimi Ordu Gününə həsr olunmuş tədbir də media üçün qapalıdır.

Ərazi çoxlu sayda polis əməkdaşı, qırmızı berelilər tərəfindən qorunur. Hətta panteonun aşağı hissəsində çoxlu sayda avtobusları olan polislər var.

Ötən həftə Basarkeçərdə yanan əsgərlərin valideynləri də Paşinyana onları qəbul etmək üçün 3 gün vaxt vermişdilər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı