Ronaldo “Əl-Nəsr”də ilk məğlubiyyətini Superkubokun yarımfinalında aldı - VİDEO

27 Yanvar 2023 18:20 Hadisə 446
Ronaldo “Əl-Nəsr”də ilk məğlubiyyətini Superkubokun yarımfinalında aldı - VİDEO

Kriştianu Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" Səudiyyə Ərəbistanı Super Kubokunda mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, klub yarımfinalda "Əl-İttihad"a 1:3 hesabı ilə uduzub.

Bununla da Ər-Riyad təmsilçisi turnirlə vidalaşıb.

"Əl-Nəsr"in yeganə qoluna 90+1-ci dəqiqədə Anderson Taliska imza atıb.

Portuqaliya millisinin futbolçusu Ronaldo “Əl-Nəsr”lə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb. Onun əsas maaşı ildə 75 milyon avro, kommersiya haqları və səfir kimi gəliri ilə birlikdə isə ümumən 200 milyon avro təşkil edəcək.

"Əl İttihad" - "Əl Nəssr" 3:1

Qollar: Romarinyo, 15, Hamdallah, 43, Əlşanqiti, 90+3 - Talişka, 67

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda