Ronaldo menecerinə 3 şərt qoydu, “sən dəlisən” cavabı aldı

26 Yanvar 2023 18:20 Hadisə 2 582
Ronaldo menecerinə 3 şərt qoydu, “sən dəlisən” cavabı aldı

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Mançester Yunayted”dən ayrıldıqdan sonra agenti Jorje Mendeşdən onu Avropanın iki böyük klubundan birinə göndərməsini tələb edib.

Sportinfo.az xəbər verir ki, Ronaldo Mendeşin qarşısında “Bayern”, “Çelsi” və ya biz ayrılırıq” tələbi qoyub.

37 yaşlı portuqaliyalının agenti ona “dəli olduğunu” deyib.

Daha sonra Ronaldoya “Əl-Nəsr”ə keçidində başqa bir şəxs – menecer Rikardo Requfe kömək edib.

O, futbolçunun Səudiyyə Ərəbistanı klubuna transferi üçün 30 milyon avro alıb.

Ronaldo əvvəllər “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti