UEFA Superkubokun finalını Rusiyadan aldı, bu ölkəyə verdi

26 Yanvar 2023 12:00 Hadisə 429
UEFA Superkubokun finalını Rusiyadan aldı, bu ölkəyə verdi

2023-cü ildə UEFA Superkuboku Rusiyada deyil, Yunanıstanda keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi açıqlamasında bildirilir.

Bildirilib ki, oyun avqustun 16-da Afinanın “Georgios Karaiskakis” stadionunda keçiriləcək.

2020-ci ilin mart ayından UEFA Superkuboku uğrunda oyunun Rusiyanın Kazan şəhərindəki “Ak Bars Arena”da keçirilməsi planlaşdırılırdı.

Digər Xəbərlər
Xəbər Lenti