“Quran”ı yandıran siyasətçidən idmançıya TƏHDİD - Təxribatçı qalmaqaldan doymur

26 Yanvar 2023 02:10 Hadisə 511
“Quran”ı yandıran siyasətçidən idmançıya TƏHDİD - Təxribatçı qalmaqaldan doymur

İsveçdəki Türkiyə səfirliyi qarşısında müsəlmanların müqəddəs kitabı olan "Quran"ı yandıran danimarkalı siyasətçi Rasmus Paludan onu “terrorçu” adlandıran, İsveçi təmsil edən çeçen MMA döyüşçüsü Həmzət Çimayevə cavab verib.

Sportinfo.az xəbər verir ki, Paludan növbəti təxribatı üçün ünvan verərək daha bir qalmaqala səbəb olub.

Danimarkanın ifrat sağçı Stram Kurs partiyasının lideri Rusiyanın da Stokholm səfirliyi qarşısında Quran yandıracağını bildirib.

“Həmzət Çimayevin məni təhqir etməsinə cavab olaraq və bütün çeçenlərə xüsusi bir salam göndərərək, onların kitablarını Rusiya səfirliyinin qarşısında yandıra bilərəm” - Paludan deyib.

NATO üzvlüyü Ankaranın təsdiqindən asılı olan İsveçdə irqçilik və nifrətlə dolu təxribata imza atan Rasmus Paludan yenidən gündəmdədir.

Siyasətçi sərt reaksiyalara baxmayaraq, əməlindən peşman olmadığını bildirib.

"Mən bunu ona görə etdim ki, burada mühüm siyasi səbəblər var. Təəssüf edirəm ki, çox insan məni ölümlə hədələyir” - o bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"