Tanınmış hücumçu “TikTok”da “Təkər”ə düşdü, hamı onu tənqid etdi - VİDEO

25 Yanvar 2023 20:20 Hadisə 974
Tanınmış hücumçu “TikTok”da “Təkər”ə düşdü, hamı onu tənqid etdi - VİDEO

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq hücumçusu Vüqar Nadirov sosial şəbəkələrdə tənqid hədəfinə tuş gəlib.

Sportinfo.az xəbər verir ki, buna səbəb yığmanın keçmiş futbolçusunun TikTokda yayımlanan “Təkər” şousunda iştirak etməsidir.

Azər Zahidin aparıcılıq etdiyi verilişdə şou nümayəndələri ilə yarışan Nadirovun iştirakı izləyicilər tərəfindən yaxşı qarşılanmayıb.

Azarkeşlər Vüqar Nadirovun bu cür verilişlərə pul qazanmaq üçün qatılmasını onun peşəkarlığına və karyerasına yaraşdırmadıqlarını bildiriblər. Tərəfdarlar keçmiş forvardın izləyicilərdən hədiyyə istəməsini də birmənalı qarşılamayıb.

Digər Xəbərlər
Xəbər Lenti