"Qarabağ"ın oyununda QALMAQAL: Göstəriş verdi, Kamal şöbəyə aparıldı

25 Yanvar 2023 16:40 Hadisə 1 701
"Qarabağ"ın oyununda QALMAQAL: Göstəriş verdi, Kamal şöbəyə aparıldı

Premyer Liqanın 19-cu turu çərçivəsində "Turan Tovuz" "Qarabağ"a məğlub olub - 2:3.

Hakimin final fitindən dərhal sonra bir qrup yerli azarkeş hakimlərin ünvanına təhqiramiz ifadələr işlədib.

Polislər azarkeşlərdən sakitləşməyi tələb etsə də, tərəfdarlar müraciətə məhəl qoymayıb.

Yaranmış vəziyyətdən kəskin narazı qalan polis mayoru fanklubun Kamal adlı rəhbərinə iradını bildirib.

Azarkeşin hakimlərin təhqir olunmasının normal hal olduğunu deməsi mayoru özündən çıxarıb və rütbəli şəxs göstəriş verib:

"Aparın şöbəyə. Gəlib başa salacam, ictimai yerdə söyüş söymək olar, yoxsa yox. Belələrinə görə üzümə söz gəlir, hər dəfə akt yazmalı oluram".

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti