Sentyabr döyüşlərinə görə suçlu bilinən 6 erməni həbs edildi: "Onları tanımaq çətindir, üzlərini gizlədirlər"

25 Yanvar 2023 12:10 Hadisə 324
Sentyabr döyüşlərinə görə suçlu bilinən 6 erməni həbs edildi:

Sentyabr döyüşləri ilə əlaqədar bur qrup erməni hərbçisi istintaqa cəlb edilib.

Təqsirləndirilən Ermənistan hərbçilərinin sayı 16-ya çatıb, 6 nəfər həbs edilib.

Erməni mediası təfsilat da yayıb: 6 iş artıq məhkəmələrə göndərilib. Bunu Baş Hərbi İstintaq Komitəsinin Nəzarət İdarəsinin rəisi Perç Ayvazyan İctimai Televiziyaya müsahibəsində bildirib.

Nədir istintaq altına düşən erməni hərbçilərinin cinayətləri? Erməni mediasına görə, işlər əsasən vəzifə səlahiyyətlərinin yerinə yetirilməməsi, xidmət qaydalarının pozulması ilə bağlıdır.

Azərbaycanla sərhəd toqquşmaları faktı əsasında 24 proses gedir (onları birləşdiriblər). Erməni mediası yazır ki, bu işlərlə bağlı hələlik təqsirləndirilən Azərbaycan əsgərləri yoxdur: "Onları tanımaq çətindir, video çəkilişlərdə üzlərini gizlədirlər".

Rəsmi xəbərdən sitat: "Ermənistan tərəfdən qurbanların sayı 224 nəfər olub, üç əsgər hələ də itkin düşmüş hesab olunur".

İstintaq nümayəndəsi deyir ki, erməni tərəfdən Azərbaycanın əlində məhbusların olması ilə bağlı təsdiqlənmiş məlumat yoxdur. Sitat: "Bakı oktyabrda 17 nəfəri geri qaytarıb".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"