Ronaldonun sevgilisi Ərəbistanda göz qamaşdırdı - VİDEO+FOTOLAR

23 Yanvar 2023 11:00 Hadisə 859
Ronaldonun sevgilisi Ərəbistanda göz qamaşdırdı - VİDEO+FOTOLAR

Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez Səudiyyə Ərəbistanında keçirilən mükafatlandırma mərasiminə qatılıb.

Sportinfo.az xəbər verir ki, o bununla bağlı sosial media hesabında paylaşım edib.

O, paylaşımına “Hər kəsə böyük təşəkkürlər, səni sevirəm Səudiyyə Ərəbistanı” sözlərini əlavə edib.

Rodrigezin geyim seçimi və görünüşü isə izləyicilər tərəfindən bəyənilib.

Ronaldonun yeni komandası “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Ər-Riyad təmsilçisi 14-cü turda öz meydanında “Əl-İttifaq”la qarşılaşıb.

Oyun "Əl-Nəsr"in qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 31-ci dəqiqədə Anderson Taliska vurub.

Start heyətdə meydana çıxan Ronaldu sona qədər oynayıb. Bu, 38 yaşlı futbolçunun "Əl-Nəsr"də ilk rəsmi oyunu olub.





Digər Xəbərlər
Xəbər Lenti