Ronaldo yenə ehtiyatda qalacaq? – NÖVBƏTİ İDDİA

10 Dekabr 2022 01:30 Hadisə 468
Ronaldo yenə ehtiyatda qalacaq? – NÖVBƏTİ İDDİA

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo DÇ-2022-nin 1/4 finalının Mərakeşlə oyununda da start heyətində yer almayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Portuqaliyanın “A Bola” nəşri yayıb.

Nəşrin yazdığına görə, 37 yaşlı forvard 1/8 final mərhələsinin İsveçrə ilə matçında (6:1) olduğu kimi yenə ehtiyatda qalacaq.

Mərakeşlə sabah keçiriləcək matçda da ilk dəqiqələrdən Qonsalo Ramos meydanda olacaq.

Ramos İsveçrə ilə oyunda het-trikə imza atmışdı.

Digər Xəbərlər
Xəbər Lenti