Tanınmış baş məşqçi avtomobil qəzasında öldü

9 Dekabr 2022 12:00 Hadisə 401
Tanınmış baş məşqçi avtomobil qəzasında öldü

“Partizan”ın sabiq futbolçusu və baş məşqçisi Miodraq Yeşiç dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, 64 yaşlı mütəxəssis avtomobil qəzasında ölüb.

Yeşiçin idarə etdiyi maşın qarşı tərəfədən gələn nəqliyyat vasitəsilə toqquşub. Baş məşqçi hadisə yerində keçinib.

Miodraq Yeşiç məşqçilik karyerası ərzində 30-a yaxın kluba rəhbərlik edib.

O, futbolçu karyerası dönəmində isə “Partizan”la yanaşı, Türkiyənin “Altay” və “Trabzonspor” klublarının formasını geyinib, həmçinin Yuqoslaviya yığmasının uğurları üçün çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti