Millinin məskunlaşdığı oteldə ölüm hadisəsi baş verdi

9 Dekabr 2022 10:00 Hadisə 339
Millinin məskunlaşdığı oteldə ölüm hadisəsi baş verdi

Qətərdə keçirilən dünya çempionatında faciə baş verib.

Sportinfo.az xəbər verir ki, Filippindən olan muzdlu işçi vəfat edib.

Bildirilib ki, filippinli şəxs Səudiyyə Ərəbistanının milli komandasının məskunlaşdığı oteldə təmir işləri zamanı qəza nəticəsində vəfat edib.

Qətər hökuməti araşdırmalara başlayıb. Təxminən 40 yaşlarında olan fəhlənin yük kranında çalışarkən yıxılaraq öldüyünü bildirilib. O, faciəvi hadisə zamanı təhlükəsizlik kəməri taxmayıb.

Digər Xəbərlər
Xəbər Lenti