Premyer Liqa və Divizion komandalarının nümayəndələrini bir yerə yığıb…

9 Dekabr 2022 02:30 Hadisə 339
Premyer Liqa və Divizion komandalarının nümayəndələrini bir yerə yığıb…

Lisenziyalaşdırma Qrupu tərəfindən Premyer Liqa və Birinci Divizion yarışlarında çıxış edən klubların lisenziyalaşdırma üzrə menecerlərinin və yeni təyin olunmuş Futbolda Sosial Məsuliyyət üzrə təyin olunmuş məsul şəxlərin iştirakı ilə Futbolda Sosial Məsuliyyət meyarları üzrə onlayn seminar təşkil olunub.

Sportinfo.az xəbər verir ki, seminarda cari lisenziyalaşdırma mövsümündən klublar tərəfindən yeni yerinə yetirilməli olduğu meyarlar müzakirə olunub və iştirakçıların sualları cavablandırılıb.

Cari mövsümdən etibarən, Klubların Lisenziyalaşdırılması sistemi çərçivəsində idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarından əlavə olaraq, UEFA tərəfindən yeni Futbolda Sosial Məsuliyyət meyarı tətbiq olunur.

Digər Xəbərlər
Xəbər Lenti