Millinin mətbuat konfransında olay: Pişikı sığalladı və yerə atdı - VİDEO

8 Dekabr 2022 22:00 Hadisə 321
Millinin mətbuat konfransında olay: Pişikı sığalladı və yerə atdı - VİDEO

Braziliya millisinin vingeri Vinisius Juniorun mətbuat konfransında qalmaqallı anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, matçdan əvvəl ənənəvi konfransda iştirak edən “Real”ın futbolçusu danışdığı zaman zala pişik daxil olub.

Pişik zaldakı masanın üzərinə çıxıb və bu zaman Braziliya millisinin mətbuat xidmətinin əməkdaşı əvvəlcə onu sığallayıb. Daha sonra isə o, pişiyi yerə atıb.

“Sambaçılar”ın mətbuat xidmətinin əməkdaşı bu hərəkətindən sonra jurnalistlərin qınağına tuş gəlib. Lakin o, pişiyin mətbuat konfransına maneçilik törətdiyini bildirərək özünə haqq qazandırmağa çalışıb.

Lakin braziliyalıların rəsmisinin hərəkəti sosial şəbəkələrdə də tənqid edilib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!