“Neftçi”yə transferi düyünə düşdü – Böyük məbləğ istədi

22 Avqust 2023 09:20 Neftçi 3 670
“Neftçi”yə transferi düyünə düşdü – Böyük məbləğ istədi

Samuel Asamoanın “Neftçi”yə keçidində problem yaranıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Adrian Mutunun komandasında görmək istədiyi 29 yaşlı yarımmüdafiəçinin transferi təxirə düşüb.

Buna səbəb futbolçunun formasını geyindiyi “Universitetya Krayova 1948” ilə danışıqların müsbət nəticə verməməsidir.

Belə ki, Rumıniya klubu müqaviləsi olan Samuel üçün böyük məbləğ tələb edib. Toqo millisinin üzvü üçün istənilən rəqəm “Neftçi”ni razı salmayıb.

Asamoa karyerası ərzində “Eupen”, “Löven”, “Sent-Trüden”də oynayıb. O, 2021-ci ildə Krayova klubuna keçib.

Yarımmüdafiəçi cari mövsüm Rumıniya yüksək liqasında 5 matçda forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti