
44 günlük Vətən müharibəsi zamanı Hindistan erməniləri silahla təmin etməyə çalışıb, lakin onlar silahı götürə bilməyiblər.
Bu barədə Hindistanın “Indian Defense Research Wing” nəşri məlumat yayıb.
Nəşr yazır ki, II Qarabağ müharibəsi zamanı Hindistan erməniləri silahla təmin etməyə çalışsa da, onlar silahı götürə bilməyiblər.
Hindistan ödənişi təxirə salmaq şərti ilə təcili olaraq Ermənistana atıcı silahlar, döyüş sursatları və digər silahlar göndərməyi təklif edib.
Ermənilər Hindistanın bu cür köməyinə razılıq verib, lakin onlar İrəvana hərbi ləvazimatlar çatdıra biləcək aviadaşımalar təşkil edə bilməyiblər.
Ermənistan hərbi hava qüvvələri sovet dövründən qalan cəmi iki İl-76 hərbi-nəqliyyat təyyarəsini idarə edir. Lakin nədənsə onlar bu təyyarələri Hindistana göndərə bilməyib
Müharibədən əvvəl Hindistan Ermənistana 4 ədəd Su-30SM qırıcısı göndərib.