Direktoru vurdu, təhqir etdi, "oğru" dedi – QALMAQAL!

4 Dekabr 2022 03:40 Hadisə 562
Direktoru vurdu, təhqir etdi, "oğru" dedi – QALMAQAL!

DÇ-2022-də qalmaqal qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, xoşagəlməz hadisə Uruqvayla Qana arasında matçdan sonra yaşanıb.

Cənubi amerikalıların müdafiəçisi Xose Ximenes final fitindən sonra hakim Daniel Zibertə yaxınlaşmaq istəyib. O, qarşısına çıxan FİFA direktoru Kolina Smitrin başına dirsək zərbəsi vurub.

Sonra hər ikisinin ünvanına təhqirlər yağdıran uruqvaylı onları oğru adlandırıb. Ximenesi cərimə və ağır diskvalifikasiya gözləyir.

2:0 hesabı ilə qalib gələn Uruqvay qrupda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!