Qətli törədən Ruslanın atası: "Oğluma qara yaxmayın" - VİDEO

3 Dekabr 2022 13:40 Hadisə 984
Qətli törədən Ruslanın atası: "Oğluma qara yaxmayın" - VİDEO

Noyabrın 26-da saat 17 radələrində Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törədən 2002-ci il təvəllüdlü Ruslan Səfixanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sportinfo.az xəbər verir ki, Yevlax rayon sakini 2006-ci il təvəllüdlü Turan Rüstəmovu yarış vaxtı tribunada bıçaqlayaraq öldürən R.Səfixanovun atası, əməkdar məşqçi Elçin Səfixanov Daxili İşlər Nazirliyinin "Dinamo" İdman Cəmiyyətində çalışır.

O, mülki işçi kimi həmin cəmiyyətdə fəaliyyət göstərir.

Bildirilir ki, hadisədən əvvəl T.Rüstəmov tatamiyə çıxıb və görüşünü qələbə ilə başa çatdırıb. Bundan sonra Ruslan Səfixanovun təmsil etdiyi komandanın idmançıları ilə onun arasında mübahisə baş verib.

Bir qədər keçdikdən sonra isə belinə bıçaq qoymuş Ruslan Turanın oturduğu yerə yaxınlaşıb və ona zərbələr endirib. Çoxsaylı bıçaq xəsarətləri alan T.Rüstəmov vəfat edib. O, Yevlax rayonunda dəfn edilib.

Hadisə “Arifoğlu” cüdo klubunun təşkil etdiyi yarış zamanı baş verib.

Digər Xəbərlər
Xəbər Lenti