Ronaldo yeyib-içmək təşkil etdi, hesabı özü "bağladı"

28 Noyabr 2022 03:50 Hadisə 1 105
Ronaldo yeyib-içmək təşkil etdi, hesabı özü "bağladı"

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Dohada komanda yoldaşları üçün şam yeməyi təşkil edib.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı oyunçu hesabı ödəyib.

Şam yeməyinə Ronaldonun bu ay ayrıldığı “Mançester Yunayted”in futbolçuları Brunu Fernandeş və Dioqu Dalot da qatılıb.

Bernardo Silva, Joao Kanselu və Xose Sa ailələri ilə Qətərdə olduqları üçün iştirak etməyiblər. Onlar ailələri ilə vaxt keçirmək qərarına gəliblər.

Portuqaliya DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Qanaya 3:2 hesabı ilə qalib gəlib. Yığma növbəti oyununu noyabrın 28-i Uruqvaya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti