Qələbəni maşınları yandıraraq "qeyd etdilər" - FOTOLAR

28 Noyabr 2022 03:40 Hadisə 933
Qələbəni maşınları yandıraraq "qeyd etdilər" - FOTOLAR

Qətərdə keçirilən dünya çempionatında Mərakeş Belçikanı 2:0 hesabı ilə məğlub etdikdən sonra Belçikanın paytaxtı Brüsseldə küçələr qarışıb.

Sportinfo.az xəbər verir ki, Mərakeş tərəfdarları olduğu düşünülən bir qrup tarixi Grand Place yaxınlığından keçən bəzi avtomobillərə hücum edib.

Belə ki, tərs çevrilən avtomobil elektrik xətlərini yandırıb. Hadisələr zamanı çoxlu sayda avtomobil və mağazaya ziyan dəyib.

Polisə hücum zamanı bir jurnalistə zərbə dəyib və o, yaralanıb. Jurnalistin səhhəti ilə bağlı məlumat verilməyib.


Mərakeşlilər Belçikada qələbəni maşınları yandıraraq qeyd etdilər

Digər Xəbərlər
Xəbər Lenti