"Ailəm narahatdır, oğlum stadionu göz yaşları içində tərk etdi"

28 Noyabr 2022 01:30 Hadisə 331
"Ailəm narahatdır, oğlum stadionu göz yaşları içində tərk etdi"

Argentina millisinin kapitanı Lionel Messi ailəsinin yığmanın nəticələrindən narahat olduğunu deyib.

Sportinfo.az xəbər verir ki, o bildirib:

“Mateo ( Messinin oğlu - red ) Səudiyyə Ərəbistanı ilə ilk oyundan (1:2) sonra stadionu göz yaşları içində tərk etdi və Tiaqo ( Messinin digər oğlu - red ) dedi ki, əgər biz hər iki oyunda qalib gəlsək, növbəti mərhələyə keçirik.

Mənim ailəm bütün argentinalılar kimi narahatdır. Amma biz xoşbəxtik və yenidən özümüzü rahat hiss edirik. Çünki indi taleyimiz yalnız bizdən asılıdır.

Meksika oyundan nəticədən razıyam və xoşbəxtəm. İndi bizdə bir neçə gün sükut olacaq. Biz Meksika ilə oyuna qələbə üçün çıxmışdıq".

Argentina DÇ-2022-nin ilk oyununda Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzub. Komanda ikinci matçda isə Meksikaya 2:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı