Daha bir legioner Azərbaycan klubu ilə müqavilə imzaladı

5 Oktyabr 2022 17:20 Hadisə 1 414
Daha bir legioner Azərbaycan klubu ilə müqavilə imzaladı

"Kəpəz" yeni legioner transferini gerçəkləşdirib.

Sportinfo.az Gəncə təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, xorvatiyalı qapıçı Mario Mustapiçlə müqavilə imzalanıb.

23 yaşlı oyunçu mövsümün sonunadək "Kəpəz"də çıxış edəcək. Mustapiç son olaraq ölkəsində "Rudes"in formasını geyinib.

"Kəpəz" Azərbaycan Premyer Liqasında 8 oyundan sonra 4 xalla 8-9-cu yerləri bölüşdürür.

Digər Xəbərlər
Xəbər Lenti