Qatı ermənipərəst deputat döyüş bölgəsində: ““Qrad” vurdum...”

4 Oktyabr 2022 02:40 Hadisə 939
Qatı ermənipərəst deputat döyüş bölgəsində: ““Qrad” vurdum...”

Rusiya Dövlət Dumasının hakim "Vahid Rusiya" Partiyasından olan üzvü, qatı ermənipərəst mövqeyi ilə tanınan Vitali Milonovun könüllü olaraq cəbhə zonasına-Donbasa gedib.

Milonov kiçik serjant rütbəsi ilə 100 mm-lik tank əleyhinə minatan kimi xidmət edir.

“Boş atəşə vaxt yoxdur. Bir dəfə həmkarlarımın köməyi ilə Ukraynanın “Qrad”ın məhv edə bildim.

Biz özümüz partlamış texnikanı görmürük, ancaq hədəfin vurulub-vurulmadığı barədə məlumat alırıq. Sonra tez istehkamlara giririk.

Çünki dərhal həmin mövqeyə cavab atəşi başlayır. Biz döyüşçülərimizin həyatını qorumalıyıq” deyə, deputat bildirib.

1640664582-araik-rus-deputat-milonov.jpg (46 KB)

Milonov deyib ki, döyüş bölgəsində olan hamının həyatı təhlükə altındadır: “Özüm hələ xəsarət almasam da, döyüş yoldaşlarımdan yaralananlar var. Orada olan hər bir insan həyatını riskə atır. Topumuz 3-5 kilometr məsafədən vurur. Beləliklə, təmas xəttinə yaxınlaşırıq. Məsələn, Novoluqanskoye kəndi azad edilərkən düşmənlərlə çox yaxın məsafədə idik”.

Milonovun sözlərinə görə, komandanlıq ondan ən azı bir hədəfi – istehkamda zirehli texnikanı və ya düşmənin canlı qüvvəsini məhv etməyi tələb edir. O, həmçinin qeyd edib ki, hərbi əməliyyatlar şəraitində gündəlik məsələlər arxa plana keçir.“Yeganə çətinlik ukraynalıların suyu kəsməsidir. Ona görə də quyudan quyuya qaçırıq. Axşam ayaqlarımızın dincini alırıq. Axı bilirsən ki, səhər saat 5-də qalxıb yenidən xidmətə başlamalısın"deyə, Milonov cəbhə “qəhrəmanlığı” haqda danışıqlarını yekunlaşdırıb.

Maraqlıdır ki, sentyabrın 30-da Donbas, Xerson və Zaporojyenin Rusiya Federasiyasının tərkibinə daxil olması ilə bağlı müqavilələr imzalanarkən Milonov Kremldə görünüb. Deputat deyib ki, könüllü olduğu üçün üzərində xüsusi görəv yoxdur, o səbəbdən Rusiya prezidenti Vladimir Putinin Kremldəki çıxışın dinləmək üçün gəlib. “Moskvaya gəlişimlə bağlı mesajları görəndə çox təəccübləndim... Prezidentin müraciətinə təkcə mən yox, Adam Delimxanov da(Rusiyanın Milli Qəhrəmanı olan çeçen deputat-red) gəlmişdi.. Bazar ertəsi Dövlət Dumasına səs verməliyəm, sonra isə Donbasa qayıdacağam” deyə, deputat bildirib.

klk.JPG (36 KB)

Dövlət Dumasının üzvü Vitali Milonov Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq, ölkəmizin işğaldan azad olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına salınıb.

Ermənistan təxribatı nəticəsində sərhəddə yaşanan gərginliyə görə də Milonov yenə Azərbaycanı ittiham etmişdi. Ermənistanın təxribatı səbəbindən sərhəddəki hərbi qarşıdurmaya özünün “Telegram” kanalında münasibət bildirən Milonov “dost ölkə”nin(Azərbaycanı nəzərdə tutur-O.Ə) “yenidən Artsax xristianlarına qarşı müharibəyə başladığını” yazıb. Milonov baş verənlərə dini müharibə xarakteri verməyə çalışıb (musavat.com).

Orxan ƏLİYEV,

Digər Xəbərlər
Xəbər Lenti