AFFA "Qəbələ"ni polisə, "Neftçi"ni topdaşıyan uşaqlara görə cərimələdi

4 Oktyabr 2022 00:40 Hadisə 382
AFFA "Qəbələ"ni polisə, "Neftçi"ni topdaşıyan uşaqlara görə cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda I Divizionun V turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

28.09.2022-ci il tarixində I Divizionun V turunun “Qəbələ” – “Zirə” oyununda “Zirə” klubunun nümayəndəsi 15 dəqiqə gecikdiyi üçün “Zirə” klubu 80 manat cərimə olunur.

28.09.2022-ci il tarixində I Divizionun V turunun “Qəbələ” – “Zirə” oyununda polis nümayəndəsi 15 dəqiqə gecikdiyi üçün “Qəbələ” klubu 40 manat cərimə olunur.

29.09.2022-ci il tarixində I Divizionun V turunun “Neftçi” – “Zaqatala” oyununda topdaşıyan uşaqlar oyun zamanı topla hərəkət etdiyi üçün “Neftçi” klubu 80 manat cərimə olunur.

28.09.2022-ci il tarixində I Divizionun V turunun MOİK – “Kəpəz” oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur.

28.09.2022-ci il tarixində I Divizionun V turunun MOİK – “Kəpəz” oyununun 85-ci dəqiqəsində “Kəpəz” klubunun 20 nömrəli futbolçusu Həsənov Mahir qeyri-idman hərəkətinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

28.09.2022-ci il tarixində I Divizionun V turunun MOİK – “Kəpəz” oyununun 39-cu dəqiqəsində “Kəpəz” klubunun məşqçisi Orxan Verdiyev hakimlərə qarşı təhqiredici sözlər işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur.

29.09.2022-ci il tarixində I Divizionun V turunun “Səbail” – “Qarabağ” oyununun 26-cı dəqiqəsində “Qarabağ” klubunun 26 nömrəli futbolçusu Ruslan Bayramov rəqibi aşkar qol vurmaqdan məhrum etməsinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

29.09.2022-ci il tarixində I Divizionun V turunun “Səbail” – “Qarabağ” oyununda top və xərək daşıyan şəxslər komandaların paltardəyişmə otaqlarının yanında gəzdiyi, tuneldən istifadə edərək Zona-1 tələblərini pozduğu üçün “Səbail” klubu 80 manat cərimə olunur.

29.09.2022-ci il tarixində I Divizionun V turunun “Səbail” – “Qarabağ” oyununda hakimlər otağında3 məşqçisinin oturmasına, yalnız hakimlərin gəlişindən sonra çıxmasına görə hakimlər otağın təmizlənməsini bir neçə dəqiqə gözlədiyi üçün "Səbail" klubu 80 manat cərimə olunur.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!