”Premyer Liqada çox komandanın başına belə hadisə gəlib”

3 Oktyabr 2022 19:40 Hadisə 687
”Premyer Liqada çox komandanın başına belə hadisə gəlib”

“Əsas məqsədimiz hər oyunda mübarizə aparıb, məğlub olmamaqdır.

Nəticə olanda hər kəs razı qalacaq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

9 illik fasilədən sonar Premyer Liqaya qayıdan qərb təmsilçisi 7 oyun keçirib və 10 xal toplayıb. Turmir cədvəlinin 6-cı pilləsində yer alan bölgə komandası liderlər qrupuna yaxındır.

Nəticələr yaxşı olduqca, istək də artır. Bəzən reallıqlar da yaddan çıxa bilər.

Abbasov bunu yerli publikda hiss edirmi? Ümumiyyətlə, belə hal gələcəkdə komandaya mənfi təsir göstərə bilərmi?

Gəlin, onu dinləyək:

“Bu gün bəzi reallıqlar var. Təməli düzgün qoymasaq, gələcəkdə uğurumuz müvəqqəti ola bilər.

Premyer Liqada çox komandanın başına belə hadisə gəlib. Ona görə də bünövrənin sağlam olmasını istəyirik.

İnkişaf davamlı olmalıdır. Rəhbərliyimizin yanaşması təqdirəlayiqdir. Azarkeşlərimizi də yaxşı başa düşürük.

Onalar da bizi başa düşür. Heç kim uduzmaq istəmir. Bəzi reallıqları da qəbul etməliyik.

İnanıram ki, düzgün yanaşmanın bəhrəsin “Turan Tovuz” yaxın gələcəkdə görəcək”.

Digər Xəbərlər
Xəbər Lenti