Zelenski: “Ukrayna bu şəhəri işğalçılardan tamamilə təmizləyib”

3 Oktyabr 2022 03:00 Hadisə 827
Zelenski: “Ukrayna bu şəhəri işğalçılardan tamamilə təmizləyib”

Ukrayna hərbçiləri Donetks vilayətinin Liman şəhərini işğalçılardan tamamilə təmizləyib.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

“Saat 12:30-a olan vəziyyətə görə, Liman tamamilə təmizlənib. Hərbçilərimiz, döyüşçülərimizə təşəkkürlər! Yaşasın Ukrayna!”, - dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, ötən gün Ukrayna ordusu Limanı şəhərini tamamilə mühasirəyə alaraq yaşayış məntəqəsini işğalçılardan azad edib. Şəhər mayın 26-dan Rusiyanın işğalı altında olub.

Digər Xəbərlər
Xəbər Lenti