QALMAQAL! “Mən heç vaxt millidə kiməsə qarşı belə hərəkətlər etmişəm”

1 Oktyabr 2022 03:30 Hadisə 518
QALMAQAL! “Mən heç vaxt millidə kiməsə qarşı belə hərəkətlər etmişəm”

Maltanın kişilərdən ibarət milli komandasının baş məşqçisi Devis Manja vəzifəsindən azad edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Times of Malta" məlumat yayıb.

48 yaşlı italiyalı mütəxəssis milli komandanın iki futbolçusuna qarşı cinsi təcavüz etməkdə şübhəli bilinir.

Məlumata görə, iki futbolçu bununla əlaqədar şikayət edib. Bundan sonra Malta Futbol Federasiyası məşqçini vəzifəsindən azad edib və araşdırmalara başlandığını bildirib.

Manjanın özü isə bəyanat yayaraq bütün ittihamları rədd edib.

“Son xəbərlər fonunda qeyd etməliyəm ki, mən heç vaxt - nə keçmişdə, nə də indi milli komandanın personalındakı kiməsə qarşı, o cümlədən futbolçulara münasibətdə belə hərəkətlər etməmişəm. Bütün bu xəbərlər həqiqətə uyğun deyil və bu, mənim reputasiyama və ləyaqətimə ciddi zərbə vurur”, - deyə Manja bildirib.

Devis Manja 2019-cu ilin dekabrında Malta millisinə baş məşqçi təyin olunub. Onun federasiya ilə müqaviləsi 2023-cü ilin dekabrında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti