Qara Qarayev komanda yoldaşına ayaqqabı almağı təklif etdi - FOTO

27 Sentyabr 2022 20:20 Hadisə 2 418
Qara Qarayev komanda yoldaşına ayaqqabı almağı təklif etdi - FOTO

Azərbaycan millisindən kənar qalan Qara Qarayev, nəhayət, Canni de Byazinin dediklərinə cavab verib.

İTV-də yayımlanan “Bol idman” verilişində həmkarımız Kənan Hakimovun qonağı olan təcrübəli yarımmüdafiəçi italyan çalışdırıcının diqqətindən kənar qalmasının səbəbini açıqlamaqla yanaşı kifayət qədər sərt mesajlarla yadda qalıb.

Qara “Bol idman”da danışdıqları ilə kifayətlənməyərək veriliş başa çatandan sonra “instagram” hesabında həmkarlarımızla fotosunu paylaşaraq “adım karyeramdan daha vacibdir” sözlərini yazıb.

Paylaşımda nədən bəhs olunduğunu bilməyən, məsələdən xəbərdar olmayan Qaranın “Qarabağ”dakı komanda yoldaşı Marko Yankoviç “2 nömrə”yə dəstək mesajı yazmaq əvəzinə onunla zarafat etməyi lazım bilib.

Yankoviç Qarayevə “gözəl ayaqqabılardır” yazınca, Qara ona həmin tərzdə cavab verib:

“İstəsən, sənin üçün ala bilərəm”.

Canni de Byazi Qara Qarayevi yığmanın Slovakiya və Qazaxıstanla oyunlara dəvət etməməsinin səbəbini “özü hər şeyi yaxşı bilir” şəklində əsaslandırmışdı.

Səbəbkar isə baş məşqçinin boyunun kiçikliyinə görə onu milli komandaya çağırmadığını deyib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”