“Qurban Qurbanov idmandan qazandığı pulları idmana yönləndirir” – Nazir dedi

27 Sentyabr 2022 19:40 Hadisə 1 383
“Qurban Qurbanov idmandan qazandığı pulları idmana yönləndirir” – Nazir dedi

Gənclər və idman naziri Fərid Qayıbov “Baku TV”nin qonağı olub.

Sözügedən kanalda yayımlanan və Tural Müseyibovun aparıcısı olduğu “Üzbəüz” verilişində cənab nazir futbolla bağlı danışıb.

O, təcrübəli həmkarımızın “Kamil Zeynallının idman zalına getmişdiniz. Ora gedişiniz Kamil Zeynallıya görəydi, yoxsa siz bütün idman zallarına baxış keçirirsiniz” sualını cavablandırarkən Qurban Qurbanovun adını çəkib:

“Mən istərdim ki, belə zalların sayı çox olsun. Məni kim dəvət edirsə, elə zallara böyük məmnuniyyətlə gedirəm.

Qurban Qurbanov da idman zalı açmışdı. Mən çox sevinirdim ki, Qurban Qurbanov idmandan qazandığı pulları idmana yönləndirir.

Kamil Zeynallı da idman zalı işlədir. Bu idman zalına kifayət qədər gənclər, insanlar gəlir və idmanla məşğul olur.

Çox istərdim ki, Kamil Zeynallı ikinci, üçüncü zalı da açsın. Əslində, bu, çox gözəl bir şeydir. Kim dəvət etsə, böyük məmnuniyyətlə gedərəm”.

Fərid Qayıbov idman naziri postuna ötən ilin sentyabrında təyin olunub. Nazir geridə qalan 1 ildə sosial layihələrdə fəal iştirakı ilə seçilməkdədir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti