"Olimpiakos" "Qarabağ"la matçda riskli addım atacaq?

27 Sentyabr 2022 17:20 Hadisə 1 906
"Olimpiakos" "Qarabağ"la matçda riskli addım atacaq?

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" əsas heyətin qapıçısını dəyişəcək.

Sportinfo.az xəbər verir ki, Yunanıstan klubunun çalışdırıcısı Miçel Tomaş Vaçlikin çıxışından narazıdır.

İspaniyalı mütəxəssis onu 19 yaşlı qolkiper Kostas Tsolakislə əvəzləyəcək.

Tsolakis Yunanıstan çempionatının növbəti turunun "Atromitos", avrokuboklardakı "Qarabağ"a qarşı matçda meydana çıxacaq.

"Olimpiakos" - "Qarabağ" görüşü oktyabrın 6-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti