Klubun idarəçisi icra başçısının qəbulunda oldu, dedi ki...

27 Sentyabr 2022 13:00 Hadisə 623
Klubun idarəçisi icra başçısının qəbulunda oldu, dedi ki...

«Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri Gəncənin icra başçısı Niyazi Bayramovun qəbulunda olub.

O, klubun mövcud vəziyyəti baoədə şəhərin rəhbərinə məlumat verib.

İ.Nadiri bildirib ki, Premyer Liqaya qayıdandan bəri «Kəpəz» heç bir yerdən maliyyə dəstəyi almayıb, üstəlik, AFFA hələ söz verdiyi yardım paketini onların hesabına köçürməyib.

Qərb təmsilçisinin fiqurantı buügənədək «Kəpəz»ə şəxsi büdcəsindən pul ayırdığını söyləyib. Qeyd edib ki, son 4 ayda 100 min manatdan çox vəsaiti bu məqsədlə xərcləyib.

N.Bayramov İcra Hakimiyyətinin klubun fəaliyyətini diqqətdə saxladığını, imkan daxilində köməklik göstərməyə çalışacaqlarını deyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi