Premyer Liqanın yeni klubu bu məbləği tanış legionerə verdi

16 Avqust 2022 16:00 Hadisə 650
Premyer Liqanın yeni klubu bu məbləği tanış legionerə verdi

"Kəpəz" yeni transferini rəsmən açıqlayıb.

Gəncə təmsilçisi saytımızın avqustun 6-da yaydığı xəbəri təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/hadise/146659.html).

Nigeriyalı yarımmüdafiəçi Ahmed Ayzaya ilə 1 illik müqavilə imzalanıb. Aylıq 4000 dollar qarşılığnda.

27 yaşlı afrikalı bu ilin fevralında "Zirə" ilə 1,5 illik sözləşmə imzalamışdı.

Sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilərdi, lakin qəsəbə klubu əməkdaşlığın 6 aydan çox uzanmasına qol qoymadı.

Afrikalı daha əvvəl Portuqaliyanın "Ribeyrao", "Oliveyrense", “Vilaverdense”, “Jil Visente”, “Varzim” və "Kovilya" klublarında çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti