"Kəpəz"ə keçən hücumçu gizlətmədi: "Məcburuq, pisdir"

14 Avqust 2022 13:40 Hadisə 1 166
"Kəpəz"ə keçən hücumçu gizlətmədi: "Məcburuq, pisdir"

"Kəpəz"in gürcüstanlı futbolçusu Mixeil Erqemlidze klubun mətbuat xidmətinə müsahibə verib.

Sportinfo.az xəbər verir ki, hücumçu ilk oyunu, qolu və Gəncə haqda fikirlərini bölüşüb.

- Əvvəlcə çempionatdakı ilk oyunla bağlı fikirlərini öyrənmək istərdik...
- “Zirə”yə qarşı oyun pis alınmadı. Fikrimcə, məşqçinin verdiyi bütün tapşırıqları yerinə yetirdik, yalnız sonuncu dəqiqədən başqa. Hələ özümüzü daha yaxşı tərəfdən göstərmək imkanımız olacaq.

- Qələbə də qazana bilərdiz, elə deyilmi?
- Bəli, bəli. Mənim, Rauf Əliyevin fərqlənmək üçün imkanlarımız oldu. Hətta qol da vurduq, amma ofsayd olduğundan hesaba alınmadı.

- Sizin qolunuz baxımlı alındı. Oyundan əvvəl fərqlənəcəyinizi düşünmüşdüz?
- Düzünü deyim ki, hə. Məşqçi və komanda yoldaşlarım oyundan əvvəl yaxşı motivasiya vermişdilər. Düşünürəm ki, qollarımın davamı olacaq.

- Növbəti oyun “Neftçi” ilə olacaq...
- Ciddi hazırlaşmışıq, azarkeşlərimizi sevindirmək üçün hər şey edəcəyik. Bu oyunu tarixi derbi adlandırırlar və bilirəm ki, arada böyük prinsipiallıq var.

- Azarkeşlərdən söz düşmüşkən, onlar haqda nə deyə bilərsiz?
- Azərbaycanda ən güclü azarkeş bizimkidir. Dəstəyə görə onlara minnətdarıq. Mehriban kollektimiz var. Hamı bir-birinə ailədə olduğu kimi diqqətli davranır.

- Gəncə necədir, xoşunuza gəlir?
- Əla şəhərdir. İnsanları çox xeyirxahdırlar. Hələ harasa gedə bilməmişik. Mərkəzdəki parkda olmuşuq, xoşumuza gəldi.

- Doğma meydanda oynamamağımız sizə necə təsir edir?
- Ev yox, səfər komandası kimi oynamaq məcburiyyətindəyik. Bu da pisdir. Əgər Gəncədə oynasaq, daha yaxşı nəticələr əldə edə bilərik.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı