“Qarabağ”ın rəqibindən çətin səfər qələbəsi - VİDEO

14 Avqust 2022 02:10 Hadisə 622
“Qarabağ”ın rəqibindən çətin səfər qələbəsi - VİDEO

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Viktoriya" (Plzen) Çexiya çempionatında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Plzen təmsilçisi III turda "Qradets-Kralove"nin qonağı olub.

Son ölkə çempionu rəqibini 2:1 hesabı ilə məğlub edib. Qələbə sayəsində xallarının sayını 7-yə yüksəldən "Viktoriya" "Bohemians" və "Brno" ilə birlikdə ilk 3 pilləni bölüşdürür.

"Qarabağ" Çexiya təmsilçisinə qarşı ilk matçını avqustun 17-də Bakıda, cavab oyununu isə avqustun 23-də Plzendə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti