“Qarabağ”ın sabiq legionerləri uğurdan xəbər tutunca... “Əla... Getdik”

13 Avqust 2022 23:40 Hadisə 3 140
“Qarabağ”ın sabiq legionerləri uğurdan xəbər tutunca... “Əla... Getdik”

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin bir addımlığındadır.

“Köhlən atlar” pley-offda Plzen “Viktoriya”sını da mübarizədən kənarlaşdıra bilsə, 2017-ci ildəki uğurunu növbəti dəfə təkrarlayacaq.

Həmin vaxt komanda kifayət qədər güclü legionerlərdən təşkil olunmuşdu: İbrahim Şehiç, Ansi Aqolli, Vild-Donald Gerye, Dani Kintana Dino Ndlovu, Miçel, Pedro Enrike, Yakub Jezniçak....

Üstündən 5 il keçib, adları çəkilənlərdən bəziləri karyerasını başa vurub, digərləri də başqa ölkələrdə top qovur.

Lakin “Qarabağ” onlar üçün dəyərini itirməyib. Hələ də komandanın nəticələri ilə maraqlanır, təbrik mesajları yazmağı özlərinə borc bilirlər.

“Ferentsvaroş” üzərindəki parlaq qələbədən sonra (3:1) adları çəkilən sabiqlərin bəziləri “Qarabağ”ın sosial şəbəkə hesablarında uğur qazanan komandanı təbrik edib ki, bunu futbol və insanlıq adına kifayət qədər xoş görüntü hesab etmək olar.

Aqolli qısa olaraq “əla” yazıb və həmin şərhə 2200-dən çox “bəyənmə” gəlib. Gerye “back to back” yazıb ki, bu da “arxa arxaya” və ya “kürək kürəyə” mənasını verir.

Karyerasını Türkiyədə davam etdirən Şehiçdən də reaksiya gəlib. Bosniyalı qapıçı sabiq komandasının uğuruna “getdik” anlamını verən “let is go” yazıb. 2019-cu ildə “köhlən atlar”ın qapısını qorumuş Asmir Beqoviç isə uğurun qarşılığını alqış emojiləri ilə verib.

Yerlilərdən Araz Abdullayev diqqət çəkib. “İnstagram”da fəallığı ilə seçilən yarımmüdafiəçi vaxtilə sıralarında olduğu “Qarabağ”ı “halal olsun sizə” şəklində təbrik edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!