AFFA-nın yeni komitə sədri kimdən narazı qalıb?

13 Avqust 2022 20:20 Hadisə 1 353
AFFA-nın yeni komitə sədri kimdən narazı qalıb?

AFFA Hakimlər Komitəsinin yeni sədri Barış Şimşek Premyer Liqanın ilk turuna təyinat alan hakimlərin heç də hamısından razı qalmayıb.

Onlardan biri də Rəşad Əhmədovdur.

Belə ki, mingəçevirli referi Tovuzda keçirilən “Turan” – “Qəbələ” matçında (0:2) fit çalıb. O, ev sahiblərindən Piruzi Marakvelidzeni 32-ci dəqiqədə meydan uzaqlaşdırıb.

Buna səbəb gürcü legionerin rəqibə açıq ayaqla xəsarət yetirməsidir. Türkiyəli funksionerin fikrincə, baş hakim bu epizodda sarı vərəqə ilə kifayətlənə bilərdi.

Şimşeki məmnun etməyən digər fraqment 58-ci dəqiqəyə təsadüf edib. Yaxın məsafədən qapıya vurulan zərbə zamanı top Eltun Turabovun “əlini tapıb”.

Baxmayaraq ki, top öncə dizə dəyərək ələ toxunub, R.Əhmədov “Turan”ın qapısına penalti təyin edib.

VAR hakimi Nicat İsmayıllı epizoda qiymət verməyə çəkinib və hər şeyi meydandakı referinin öz öhdəsinə buraxıb.

Penalti nöqtəsinə yaxınlaşan İsnik Alimi hesabı açıb, ardınca Rafael Utrix fərqlənib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti