Tovuzda yanğın oldu, işıqlar kəsildi, “Turan“ isə… VİDEO

11 Avqust 2022 09:40 Hadisə 1 045
Tovuzda yanğın oldu, işıqlar kəsildi, “Turan“ isə… VİDEO

Tovuzda yarımstansiyada yanğın baş verib.

Dərhal hadisə yerinə FHN-in canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub.

“Azərişıq” ASC-dən verilən məlumata görə, yanğına səbəb qızma nəticəsində izolyasiyalı kabelin yanması olub”.

Tovuz rayonunun Aşağı Öysüzlü kəndində yarımstansiyanın ərazisində 1 ədəd vakuum açarı və 10 p.m çıxış kabeli yanıb.

Bu haqda FHN məlumat yayıb. Yarımstansiya yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə nəticəsində “Turan Tovuz“un bazası işıqsız qalıb. Klubdan redaksiyamıza verilən məlumata görə, problem qısa müddətdə aradan qaldırılıb.

Stadionda quraşdırılan generatorlar işə salınıb və elektrik enerjisinin verilişi bərpa olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti