“Qarabağ” “Ferentsvaroş”u cavab görüşündə 3:1 hesabı ilə üstələyib Çempionlar Liqasının pley-offuna yüksəldi.
Azərbaycan çempionu haqq etdiyi möhtəşəm zəfərlə təkcə Macarıstandakı yox, həm də Rusiyadakı futbolsevərləri məyus etməyi bacardı.
İndi vətənində hamı Stanislav Çerçesovun bacarıqsızlığından, futbollçularının gücsüzlüyündən və təbii ki, “Qarabağ”ın nümayiş etdirdiyi möhtəşəm oyundan yazır, danışır.
Rusiyada fəaliyyət göstərən, başında ermənilərin dayandığı “Matç TV”nin sosial şəbəkə hesabları da məlum qarşılaşmaya toxunub.
Oyundan dərhal sonra edilən paylaşımda yazılıb:
“Çerçesov Çempionlar Liqasındakı mübarizəni dayandırdı. Necə də ayıbdır.
İlk oyunda “Ferentsvaroş” “Qarabağ”la heç-heçə oynamışdı – 1:1. Cavab görüşündə oğlanlar Azərbaycan klubuna uduzdular.
Çempionlar Liqasında Nikita Xaykin (“Bode Qlimt”in qapıçısı) mübarizəni davam etdirir. Aleksandr Qolovinin “Monako”sunu izləyir, Saşaya uğurlar arzulayırıq”.
“Matç TV” məlum paylaşımı etməyə peşman olub desək, yanılmarıq. Azərbaycanlı izləyicilər yazdıqları 1000-ə yaxın şərhlə rus və ermənilərin “ürəyinə dağ basıb”.
Şərhləri bəyənənlər arasında başqa millətlərdən olan xeyli sayda futbolsevər də görmək mümkündür. Yeri gəlmişkən, bir neçə rus izləyici də “Qarabağ”a dəstək nümayiş etdirib.
Erməni əsilli Tina Kandelaki “Matç TV”nin baş prodüseri postunu tərk etsə də, hələ də oradakı ümumi vəziyyətə nəzarət edir. Azərbaycanlı Elvin Kərimovun şərhçilik etdiyi “Matç TV”də xeyli sayda erməni çalışır.
HƏBİB / SPORTİNFO.AZ