Təxribatçılar Qarabağda silahı yerə qoydu - “Qisas”ın nəticəsi

10 Avqust 2022 16:30 Hadisə 872
Təxribatçılar Qarabağda silahı yerə qoydu - “Qisas”ın nəticəsi

Azərbaycanın Qarabağ bölgəsində özünü separatçıların və qanunsuz silahlı dəstələrin başçısı elan edən Araik Arutyunyanın qismən səfərbərlik barədə verdiyi “əmr”inin icrası dayandırılıb.

Bu barədə "Sputnik" məlumat yayıb.

Bildirili ki, A.Arutyunyan səfərbərlik barədə imzaladığı “fərman”ın icrasını bu gün ləğv edib.

Azərbaycan Ordusunun avqustun 3-də keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

Digər Xəbərlər
Xəbər Lenti