“Qarabağ” Macarıstana uçanda sürpriz şəxslərlə rastlaşdı

9 Avqust 2022 19:00 Hadisə 5 373
“Qarabağ” Macarıstana uçanda sürpriz şəxslərlə rastlaşdı

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Macarıstan çempionunun qonağı olacaq “Qarabağ” 4 saatlıq uçuş həyata keçirib.

Ağdam klubu Budapeştə yollanarkən, hava limanında sürpriz qonaqlarla rastlaşıb . Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, həmçinin nazirin müasvini Mariana Vasilyeva.

Klubun baş meneceri Asif Əsgərov hər iki şəxsin, eləcə də baş məşqçi Qurban Qurbanovla baş direktor Emrah Çelikelin yer aldığı fotonu “instagram” səhifəsində paylaşıb.

“Qarabağ” Macarıstanah uçmağa hazırlaşdığı vaxtda nazirlə müavin Türkiyədə 5-ci İslamHəmrəyliyi oyunlarında iştirak edən Azərbaycan millisinə baş çəkmək üçün Konyaya uçurmuş.

Fərid Qayıbovla Mariana Vasilyeva fürsətdən istifadə edərək, “Qarabağ” rəsmilərinə, eləcə də Qurban Qurbanova “Ferentsvaroş”la oyunlarda uğurlar arzulayıb.

“Qarabağ”la “Ferenetsvaroş” arasında avqustun 3-də Bakıda baş tutmuş oyunda 1:1 hesablı bərabərlik qeydə alınmışdı. Cavab görüşü bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti