Mübariz Mənsimov AFFA rəhbərliyindəki dəyişikliyi gözləyir…

9 Avqust 2022 14:40 Hadisə 4 182
Mübariz Mənsimov AFFA rəhbərliyindəki dəyişikliyi gözləyir…

«Xəzər Lənkəran»ın sahibi Mübariz Mənsimov «Xan Lənkəran»ın böyük futbolda fəaliyyətini dayandırmasından məyus olub.

Türkiyədə yaşayan iş adamı AFFA tərəfindən I Divizina buraxılmayan klubun üzləşdiyi problemin onunla bağlı olmasının fərqindədir.

Məsələ ondadır ki, ötən mövsüm Region Liqasında mübarizə aparmış «Xan Lənkəran»ın prezidenti Pərviz Hüseynov fevralda İstanbula səfər edib.

Mənsimovla görüşən P.Hüseynov həm Lənkəran stadionunda üzləşdikləri problemlər, həm də iki klubun birləşmək perspektivi barədə fikir mübadiləsi aparıb.

Bu xəbər mediaya çıxandan və məlum foto yayılandan sonra AFFA-nın «Xan»a münasibəti kökündən dəyişib. Federasiya rəhbərliyi yaxşı münasibət bəəsləmədiyi Mənsimova görə yeni yaranmış komandanın I Divizion yolunu bağlayıb, çoxsaylı müraciətləri geri çevirib.

«Xəzər Lənkəran»ın yaradıcısı hər şeyə rəğmən, qarşı tərəfə ruhdan düşməməyi məsləhət görüb. O, yaxın çevrəsi vasitəsilə həmkarına bir müddət gözləməyi tövsiyə edib.

Mənsimov bildirib ki, tezliklə AFFA rəhbərliyində dəyişikliyin olması gündəmdədir və ondan sonra bütün problemlər aradan qalxacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti