Tanınmış futbolçunun oğlu Azərbaycan millisini seçdi - VİDEO

7 Avqust 2022 20:40 Hadisə 7 189
Tanınmış futbolçunun oğlu Azərbaycan millisini seçdi - VİDEO

Hazırda Rusiyada futbol üzrə Millətlər Liqasının oyunları keçirilir.

Lakin bu Millətlər Liqası hamının bildiyi mötəbər yarışdan fərqli olaraq 11-11-ə yox, 8-8-ə oynanılır.

Meydanın uzunu və eni 60 və 40 metr, qapıların uzunluğu 5 metrdir. Futbolçular müasir standartlara cavab verən süni örtük üzərində mübarizə aparır.

Hər qrupda 8 komanda mübarizə aparır ki, ilk 4 yeri tutanlar pley-off mərhələsinə vəsiqə qazanır.

Millətlər Liqasında bir çox ölkələrlə yanaşı, Azərbaycan millisi də yarışır. Yığmamızın qrupdakı rəqibləri Fransa, Braziliya, Türkiyə, Şimali İrlandiya, Şotlandiya, Serbiya və Kiprdir.

Yığmamızın qrupda artıq 5 oyun keçirib və topladığı 8 xalla 4-cü pillədə qərarlaşıb. Komandamız qarşıdakı 2 matçda məğlub olmamaqla pley-offa yüksələ bilər. Turniri mükafatçı yerlərdən birində bitirməklə dünya çempionatında iştirak imkanı yaranacaq.

Azərbaycan millisinin heyətində futbol azarkeşlərinə kifayət qədər yaxşı tanış olan simanın oğlu da top qovur.

Bu, uzun illər ölkəmizin bir nömrəli komandasının şərəfini qorumuş, son 4 ili məşqçi kimi “Səbail”də keçirmiş Emin Ağayevin oğlu Rafael Ağayevdir.

Rafael Türkiyə ilə oyundan əvvəl turnirin media mənsubunun suallarını cavablandırıb.

Həmin görüntünü təqdim edirik:

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti