"Neftçi"nin icarəyə verdiyi yerli: "Bu arzumu həyata keçirə biləcəm"

7 Avqust 2022 20:20 Hadisə 891
"Neftçi"nin icarəyə verdiyi yerli: "Bu arzumu həyata keçirə biləcəm"

«Millidə çıxış etmək hər bir futbolçunun arzusudur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un yeni transferi Xəyal Nəcəfov deyib.

«Neftçi»dən icarə əsasında qərb təmsilçisinə keçən yarımmüdafiəçi ümid edir ki, yeni mövsüm komandanın əsas simalarından biri olacaq.

Onun fikrincə, bu, uzun fasilədən sonra yığmaya çağrılmağına da təkan ola bilər:

«İnanıram ki, üzərimdə daha çox çalışıb, bu arzumu həyata keçirə biləcəm».

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!