Debütant ötən ay “Zirə”dən ayrılan legioneri Azərbaycana qaytardı

6 Avqust 2022 20:00 Hadisə 1 224
Debütant ötən ay “Zirə”dən ayrılan legioneri Azərbaycana qaytardı

Premyer Liqanın açılış turunda “Zirə”yə 1::2 hesabıyla uduzan “Kəpəz” rəqibinin sabiq legionerini yenidən Azərbaycana qaytarıb.

İyulun 4-də “qartallar”la müqaviləsinə qarşılıqlı razılşama əsasında xitam verən Ahmed Ayzaya Gəncə klubuna transfer olub.

27 yaşlı yarımmüdafiəçi azad agent kimi qərb təmsilçisi ilə birillik müqaviləyə imza atıb.

Nigeriyalı bu ilin fevralında "Zirə" ilə 1,5 illik sözləşmə imzalamışdı. Sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilərdi, lakin qəsəbə klubu əməkdaşlığın 6 aydan çox uzanmasına qol qoymadı.

Afrikalı daha əvvəl Portuqaliyanın "Ribeyrao", "Oliveyrense", “Vilaverdense”, “Jil Visente”, “Varzim” və "Kovilya" klublarında çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti