“Atletiko” – “Yuventus” matçı təhlükəsizliyə görə ləğv olundu

6 Avqust 2022 22:20 Hadisə 573
“Atletiko” – “Yuventus” matçı təhlükəsizliyə görə ləğv olundu

Sabah “Atletiko” ilə “Yuventus” arasında İsrailin Tel-Əviv şəhərində keçirilməli olan yoxlama oyunu ləğv edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Belə qərar qəbul olunmasına səbəb Qəzza zolağındakı vəziyyətin gərginliyidir. Komandalar təhlükəsizlik üçün yoxlama görüşü keçirməmək qərarına gəliblər.

“Atletiko” da öz növbəsində oyun üçün başqa rəqib axtaracaq və bu matçın İsraildə baş tutub-tutmayacağı məlum deyil.

Komandalar üçün bu yoxlama görüşü yeni mövsümə hazırlıq prosesinin sonu olmalı idi.

Çünki İspaniya və İtaliya çempionatlarının startı təxminən bir həftədən sonra baş tutacaq. La Liqada avqustun 12-də, A Seriyasında isə avqustun 13-də yeni mövsüm start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti